
Səudiyyə Ərəbistanının Kralı xəstəxanaya düşüb
Abdullanın onurğa sütununda problem var
Reuters xəbər agentliyinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının kralı Abdulla bu gün gecə saatlarında bel ağrısı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yerli həkimlər bildirirlər ki, kral cərrahi əməliyyat olunmalıdır.
Hələ ötən il müayinə zamanı kral Abdullanın onurğa sütununda yırtıq müəyyən olunmuşdu. Bu diaqnozla o, ABŞ-da 2 cərrahi əməliyyatdan keçdi. 2011-ci ildə Mərakeşdə bərpa prosesini keçirdikdən sonra fevralda vətənə döndü.
Qoca zaman şahların da belini əyə bilir...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər