Bakıda avtobusla “VAZ-2107” toqquşdu, 4 nəfər öldü

Bakıda avtobusla “VAZ-2107” toqquşdu, 4 nəfər öldü

17 Oktyabr 2011 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonu ərazisində 202 saylı marşrut avtobusu ilə "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı avtomobildə olan 4 nəfər həlak olub. Hadisə Rəşid Behbudov və Bədəlbəyli küçələrinin kəsişməsinə, Mərkəzi Bankın yanında baş verib. Bakı şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, 3 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Fərid Qurbanov

O.M.