
Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub, 100 nəfər təxliyə edilib
Naftalan şəhərində hazırda fəaliyyət göstərməyən sanatoriyasının ərazisində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 900 kv.m olan dördmərtəbəli binanın çardağının yanar konstruksiyaları 288 kv.m sahədə yanıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən binada yaşayan 35 ailə (təxminən 100 nəfər) təxliyə olunub, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər