Suriyada toqquşmalarda 19 nəfər öldürülüb

Suriyada toqquşmalarda 19 nəfər öldürülüb

14 Oktyabr 2011 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

İnsan haqları müdafiəçiləri ötən gün Suriyada müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında davam edən toqquşmalarda azı 19 nəfərin öldüyünü bildirirlər. Böyük Britaniyada mərkəzləşmiş "Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı bunlardan 10-nun ölkənin şimalındakı Banaş şəhərinə hökumət qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü bildirir. Cənubdakı Haara şəhərində isə silahlı bir şəxs azı 9 hərbçini öldürüb.

BMT-nin hesablamalarına görə, Suriya prezidenti Bəşər Əsədin istefası tələbi ilə mart ayından davam edən kütləvi etiraz aksiyalarında 3000-ə yaxın adam öldürülüb. "Suriya İnsan Haqları Müşahidəçiləri" isə bu müddət ərzində 3100-dən çox adamın öldürüldüyünü, onlardan 2400-nün dinc sakinlər olduğunu iddia edirlər. İnsan haqları fəalları on minlərlə adamın da həbs edildiyini bildirirlər. Suriya rəhbərliyi xarici kütləvi-informasiya vasitələrinin ölkəyə girişini qadağan etdiyindən, bu məlumatların həqiqiliyini yoxlamaq mümkün deyil.

Rəsmi Dəməşq qətl hallarını silahlanmış terror qruplaşmaları ilə əlaqələndirir və təhlükəsizlik qüvvələrinin 1100 əməkdaşının da öldürüldüyünü bildirir.

Bayraqları bayraq edən üstündəki qandır.

Fərid Qurbanov

O.M.