Azərbaycanda 60 mindən çox əlil uşaq var

Azərbaycanda 60 mindən çox əlil uşaq var

14 Oktyabr 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Hazırda Azərbaycanda 60 mindən çox əlil uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır. İnternatda təhsil alan uşaqlardan 1353-ü gecələr də həmin məktəblərdə qalır. 7750 əlil uşaq evdə təhsil alır, 268 uşaq isə inklüziv təhsilə cəlb edilib". Bunu təhsil naziri Misir Mərdanov Bakıda keçirilən "İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə deyib.

M.Mərdanov bildirib ki, əlil uşaqların inklüziv təhsilə cəlb olunması üçün yeni layihə və proqramlar hazırlanır: "Bu məqsədlə YUNİSEF-in texniki dəstəyi ilə dövlət proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Proqramda bütün sağlamlığı məhdud uşaqların inklüziv təhsilə cəlb edilməsi, onlar üçün tədris proqramlarının hazırlanması, rayon və şəhərlərin infrastrukturda əlillərin sərbəst hərəkəti üçün imkanların yaradılması nəzərdə tutulur".

Uşaqlar bizim gələcəyimizdir. Bu uşaqları qorumaqsa bizim borcumuzdur.

Fərid Qurbanov

O.M.