
Paytaxtda piyadanı maşın vurdu
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə oktyabrın 13-də saat 23:50 radələrində M.Rüstəmov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Vasif İsgəndərov idarə etdiyi "VAZ 21011" markalı avtomaşınla Tahir Qəmbərovu vurub. Nəticədə piyada aldığı xəsarətdən xəstəxanada ölüb.
Sürücü sürərkən, piyada gəzərkən ehtiyatlı olmalıdır.
Fərid Qurbanov
O.M.
Digər xəbərlər