
Sabah bəzi rayonlara təbii qazın verilişində fasilələr yaranacaq
Sabah bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Yevlax-Balakən" qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar 14 oktyabr tarixində saat 10:00-dan 18:00-dək Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.
İndi təmir edək ki, qışda təmin etsin.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər