Ancelina Coli Liviyaya səfər etdi

Ancelina Coli Liviyaya səfər etdi

13 Oktyabr 2011 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Hollivud ulduzu Ancelina Coli Liviyaya 2 günlük səfər edib. Misrata şəhərinin hava limanında aktrisanı rəsmi şəxslər və jurnalistlər qarşılayıb. Ancelina Coli Liviyaya BMT-nin xoşməramlı səfiri kimi gəlib. Coli bildirib ki, Liviyada hakimiyyətin dəyişməsi kimi mürəkkəb keçid dövründə ölkənin necə inkişaf etdiyinə baxmaq istəyir və liviyalılar üçün humanitar yardım çatdırılması istiqamətində işlər görəcək. Aktrisa Liviyada müxalifət tərəfdarlarının cəsarətini və əzmini alqışlayıb, onlarla həmrəy olduğunu nümayiş etdirib. Bu, Ancelina Colinin Liviyaya ilk səfəri olsa da, aktrisa xoşməramlı səfir kimi bir neçə dəfə Tunisdəki liviyalı qaçqınlarla görüşüb.

Fərid Qurbanov

O.M.