
Naftalanda ağır yol qəzası baş verib
Naftalan şəhəri ərazisində, şəhər sakini Vaqif Rüstəmovun idarə etdiyi "VAZ-21011" markalı və Qaşaltı kənd sakini Saleh Həsənovun idarə etdiyi "QAZ-3110" markalı avtomaşınlar toqquşub. Nəticədə V.Rüstəmovun - anası Ofeliya ölmüş, xəsarət almış digər sərnişinləri - arvadı Almaz, qızı 10 yaşlı Səbinə və Tərtər rayon sakini Əsli Həsənova xəstəxanaya yerləşdiriliblər.
Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər