İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib

13 Oktyabr 2011 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın Bali adasında Rixter cədvəli ilə 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri adanın Denpasar şəhərinin 160 kilometrliyində, okeanın 60 kilometr dərinliyində qeydə alınıb. İlkin məlumatlara görə, azı 50 nəfər xəsarət alıb. Onlardan 3-nün ağır yaralandığı, əksəriyyətinin isə başlarından xəsarət aldıqları bildirilir. Şahidlər zəlzələ nəticəsində bəzi evlərin çökdüyünü bildirirlər.

Yeraltı təkanlar qonşu Yava və Lombok adalarında da hiss edilib. Sunami təhlükəsinin olmadığı bildirilir.

Xatırladaq ki, 2004-cü ilin dekabrında İndoneziyanın Sumatra adasında baş vermiş son 40 ilin ən güclü zəlzələsi və sunami nəticəsində Hind okeanının 12 ölkəsində yüz minlərlə adam ölmüşdü.

Zəlzələ İndoneziyada vəlvələ yaratdı.

Fərid Qurbanov

O.M.