
N. Sarkozi fəaliyyətdə olduğu dövrdə ata olan ilk prezident oldu
Fransa prezidenti Nikola Sarkozi dördüncü dəfə ata olub. Bununla da, 57 yaşlı Fransa dövlət başçısı ölkə tarixində fəaliyyətdə olduğu dövrdə ata olan ilk prezident hesab olunur. Fransanın birinci xanımı, 43 yaşlı Karla Bruni isə ikinci övladını dünyaya gətirmiş olub. K. Bruni ilk övladını 10 il bundan öncə dünyaya gətirmişdi. Rusiya KİV-nin məlumatına görə, yeni doğulmuş körpənin adı Vadim qoyulub.
Ata olmaq asandır, atalıq etmək çətindir.
Fərid Qurbanov
O.M.
Digər xəbərlər