
Şiddətli yağış Qvatemalada 14 nəfərin həyatına son qoydu
Şiddətli yağışlar Qvatemalada 14 nəfərin ölümünə səbəb olub. Bu məlumatı yerli radio ilə çıxış edən Qvatemala prezidenti Alvaro Kolom təsdiq edib. Şiddətli yağışlar torpaq sürüşməsi və sellərə səbəb olub. Nəticədə bir çox insanlar evlərindən çıxa bilməyərək həlak olublar. 4 nəfər isə elektrik xətlərində yaranmış problemlərə görə cərəyan vurması nəticəsində həyatını itirib.
Apardı sellər Qvatemalanı.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər