
Yunanıstanda tətil keçirilir
Yunanıstanda bu gün dövlət işçiləri 48 saatlıq tətil elan ediblər. Mədəniyyət və Turizm Nazirliyinin işçiləri Afinadakı bütün muzeyləri və arxeoloji abidələri bağlayıblar. Turistləri cəlb edən Akropol, Delfi, Olimpiya kimi tarixi komplekslər də 2 gün ərzində bağlı olacaq. Nazirlik işçiləri hökumətin 30 min dövlət işçisinin ehtiyata göndərilməsini nəzərdə tutan planlarına qarşı etiraz etdiklərini bəyan edirlər. Onlar nazirlik binası önündə nümayiş keçirirlər, sabah isə Akropol önündə nümayiş planlaşdırılır. Afinada bu gün və sabah ictimai nəqliyyat işçiləri də tətil edirlər. Nəqliyyatın hərəkəti iflic olub.
Fərid Qurbanov
O.M.
Digər xəbərlər