Tovuzda zəncirvarı qəza baş verib

Tovuzda zəncirvarı qəza baş verib

12 Oktyabr 2011 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz şəhəri ərazisində, şəhər sakini Rafiq Vəliyevin idarə etdiyi "VAZ-21011" markalı, Əlibəyli kənd sakini Rüstəm Tağıyevin idarə etdiyi "Mercedes" markalı Gəncə şəhər sakini İlqar Ağayevin idarə etdiyi "Hyundai Elantra" markalı və Aşağı Öysüzlü kənd sakini Səid Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış İ.Ağayev və sərnişinləri Rauf Yusibov və Əminə Tahirova xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Sürücülər yola çıxarkən unutmamalıdırlar ki, onların yolunu gözləyən var.

Tofiq Əliyev

O.M.