Sakit okeanda zəlzələ silsiləsi davam edir

Sakit okeanda zəlzələ silsiləsi davam edir

16 Aprel 2011 16:10
Bəyəndim (0) Bəyənmədim (0)


Yaponiyada meydana gələn 9 bal gücündəki zəlzələdən sonra Sakit okeanda yaşanan zəlzələlərə bu gün səhər saatlarında daha ikisi də əlavə olundu. Onlardan Biri Avstraliyada (bu xəbər artıq saytımızda yayımlanıb), digəri isə Tayvanda yaşandı.

Tayvanın şimal-şərq sahillərində səhər saatlarında Rixter cədvəlinə görə 6 bal gücündə zəlzələ meydana gəldi. Şinhua agentliyinin verdiyi xəbərə görə, zəlzələnin mərkəzi 130 kilometr dərinlikdə olub. Bölgədə mal və insan itkisinin olmadığı bildirilir.

Sakit okean nədənsə sakitliyini pozub.

Günel Həbib

O.M.