“BDU-nun yataqxanalarının yerində hündür mərtəbəli yeni yataqxana binaları tikiləcək”

“BDU-nun yataqxanalarının yerində hündür mərtəbəli yeni yataqxana binaları tikiləcək”

12 Oktyabr 2011 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, universitetinin paytaxtdan kənara köçürülməsi ilə bağlı heç bir müzakirə və qərar yoxdur. Ancaq universitetin yataqxana sisteminin bərpa olunması ilə bağlı ölkə prezidentinin göstərişinə uyğun uğurlu addımlar atılır.

A. Məhərrəmov deyib ki, universitet həyatı yataqxanalarsız yeksənəklik yaradır: "Özüm uzun illər yataqxanada qalmışam. Həyatımın formalaşmasında yataqxananın izlərini bu gün də hiss edirəm. Bəziləri buna mənfi baxsa da, mən müsbət yanaşıram. Yataqxana həyatı insanları bir-birinə yaxınlaşdırır. Məlum səbəblərə görə, BDU-nun yataqxanasında qaçqın və məcburi köçkünlər məskunlaşıb. Buna baxmayaraq, universitetlərin reytinqi müəyyənləşdirərkən dünyanın 20 min ali məktəb arasında Bakı Dövlət Universiteti 608-ci yeri tutub. Sual olunur ki, bizim yataqxanamız olsa, neçənci yerdə olardıq? Tam əminəm ki, biz ilk 500 yerin içərisində olmalıyıq".

A. Məhərrəmov ölkə prezidentinin göstərişi ilə başlanan bu işin universitetin reytinqinin artmasına səbəb olacağını da qeyd edib: "Hazırda orada məskunlaşan qaçqınlar üçün Masazırda yeni qəsəbə tikilir. Yaxın vaxtlarda qaçqınlar həmin evlərə köçürüləcəklər".

Rektor hazırkı yataqxanaların yenisi ilə əvəzlənəcəyini də deyib: "Universitetin hazırkı yataqxanalarının vəziyyətini nəzərə alaraq, onlar söküləcək, yerində hündür mərtəbəli yataqxana binaları inşa ediləcək. Bunun tikintisi isə çox intensiv aparılacaq. Hazırda bir neçə layihə var. Sonda layihələrin birinin üzərində dayanacağıq".

Təhsil millətin gələcəyidir.

Fərid Qurbanov

O.M.