
"Zil" piyadanı vurdu
Azərbaycan paytaxtında piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə oktyabrın 11-də Pirşağı qəsəbəsi bağ massivində qeydə alınıb. Qəsəbə sakini Ağasəlim Yusifov idarə etdiyi "Zil" markalı yük maşını ilə Kənan Nurhüseynovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Sürücü sürərkən, piyada gəzərkən ehtiyatlı olmalıdır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər