
Dağıstanda polis əməkdaşı güllələndi
Dağıstanın Xasavyurt rayonunda maşının atəşə tutulması nəticəsində polis əməkdaşı həlak olub. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, polis əməkdaşına yerli vaxtla ötən axşam saat 21.30-da (Bakı vaxtı ilə saat 22.30) hücum edilib. "Naməlum cinayətkar avtomat silahdan polis əməkdaşının idarə etdiyi "VAZ-21099" markalı avtomobili atəşə tutub. Polis əməkdaşı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib". Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.
Qanun keşikçisinə qarşı qanun pozuldu.
Fərid Qurbanov
O.M.
Digər xəbərlər