Ordumuzun mövqeləri atəşə tutulub

Ordumuzun mövqeləri atəşə tutulub

12 Oktyabr 2011 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 11-də saat 12.30-dan 13.20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 12.40-dan 12.42-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, oktyabrın 12-də saat 01.30-dan 01.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

"Erməni yer üzünün ilanı, insanlığın düşmənidir." (Sədi Şirazi)

Tofiq Əliyev

O.M.