Nişanlısı ilə görüşə gedən qız niyə özünü körpüdən atdı? - BAKIDA - FOTO

Nişanlısı ilə görüşə gedən qız niyə özünü körpüdən atdı? - BAKIDA - FOTO

28 İyul 2017 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Özünü körpüdən yerə atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub.

"Report"un xəbərinə görə, ötən gün Bakı-Sumqayıt şossesində Masazır qəsəbəsində özünü körpüdən yerə atan 1996-ci il təvəllüdlü Həşimova Ləman İlqar qızı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun qapalı kəllə-beyin travması aldığını bildirib. O, xəstəxanada ilkin ifadəsində bildirib ki, bir neçə ay bundan öncə nişanlanıb. Nişanlısı ilə görüşmək üçün Bakıya gəlib. O intihara cəhd etməyinin səbəbini mənəvi cəhətdən pak qalmaq istəyi ilə izah edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Mediainfo.az