"Kleopatra"nın zinət əşyaları sərgiyə çıxarılıb

"Kleopatra"nın zinət əşyaları sərgiyə çıxarılıb

11 Oktyabr 2011 17:55
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarında mərhum aktrisa, "Kleopatra" obrazına görə yadda qalan Elizabet Teylorun zinət əşyaları sərgiyə çıxarılıb. Aktrisanın qiymətli kolleksiyası dekabr ayında hərraca çıxarılacaq, lakin istəyənlər elə indidən bu daş-qaşlarla tanış ola bilərlər.

Eksponatlar arasında aktrisanın həyat yoldaşının bağışladığı 30 karatlıq brilyant üzük də var. Elizabet Teylor sağlığında bu üzüyü, demək olar ki, barmağından çıxarmırdı, məhz buna görə də üzük Teylorun pərəstişkarları üçün daha qiymətlidir. Cəvahirat həvəskarları sərgidə "Səyyah" mirvarisi ilə bəzədilmiş boyunbağını da görə bilərlər. Həmin mirvari 16-cı əsrdə ispan sülaləsinə məxsus olub. Hind şahının xəzinəsindən olan ürək-formalı "Tac-Mahal" brilyantı da sərgiyə gələnlərin gözünü oxşayır.

Bu ilin əvvəllərində dünyasını dəyişmiş Elizabet Teylor həmişə ləl-cəvahir toplamağı xoşlayıb, özü də əksər zinət əşyalarının dizaynını özü verib.

Fərid Qurbanov

O.M.