Sabahın hava proqnozu

Sabahın hava proqnozu

25 İyul 2017 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Mediainfo.az