Liviya əməliyyatları dalana dirənib

Liviya əməliyyatları dalana dirənib

16 Aprel 2011 15:37
Bəyəndim (0) Bəyənmədim (0)
B.Obama Qəddafinin istefa verəcəyinə əmindir

Взгляд qəzetinin ИТАР-ТАСС a istinadən yaydığı məlumatına görə, ABŞ prezidenti Barak Obama Liviya hadisələrində hərbi əməliyyatların dalana dirəndiyini etiraf edib. Onun sözlərinə görə, hazırda Pentaqon hərbi əməliyyatlarda birbaşa iştirak etməsə də, alyans qüvvələrini kəşfiyyat məlumatları ilə təmin edir. Obama əmindir ki, silah-sursatı və maliyyə vəsaitləri bitməkdə olan Qəddafi gec-tez təslim olacaq. ABŞ prezidenti həmçinin hərbi əməliyyatlara bəraət qazandıraraq deyib: "Bu əməliyyatlar olmasaydı, Liviya xalqının qırğını çox olardı".

Bundan artıq qırğın ola bilməzdi. Alyans gah Qəddafi tərəfdarlarını qırır, gah "səhvən" üsyançıları, gah da bu iki tərəfi bir-birinə qırdırmaq üçün manevr edir.

Natiq Qocaman

O.M.