“Nardaran işi”ndə həbs olunanlar hakimə ayaqqabı atdı

“Nardaran işi”ndə həbs olunanlar hakimə ayaqqabı atdı

20 İyul 2017 17:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əmir Bayramovun icraatında olan prosesdə gərginlik yaşanıb.

Təqsirləndirilən şəxslər çıxış edərkən hakim fasilə elan edib. Fasilədən sonra isə çıxış etmək üçün prokurora söz verib. Təqsirləndirilən buna etiraz ediblər və çıxışlarına davam etmək istədiklərini bildiriblər. Lakin onların istəyi nəzərə alınmayıb. Bu zaman həmin şəxslər ayaqqabılarını çıxararaq hakimlərə atıblar.

Mediainfo.az