
Bakıya yeni sirk gəlib
Bakıya sirk gəlib. Onun ilk nümayişi oktyabrın 15-də olacaq.
Sirkin təhlükəsizlik xidmətinin rəhbəri Ruslan İsmayılov bildirib ki, 1 gündə 2 tamaşa olacaq - saat 15:00 və 19:00-da: "Sirkə 1000 tamaşaçı yerləşir. O, bazar ertəsi istisna olmaqla, həftənin bütün günləri nümayiş etdiriləcək".
Sirkin proqramının zəngin olduğunu deyən R.İsmayılovun sözlərinə görə, tamaşaçılar şirlər, pələnglər, ponilərlə nömrələrə baxacaq, jonqlyor və akrobatların çıxışlarını izləyəcəklər. Səhnəciklərdə Fransa, Polşa, Ukrayna, Rusiya və sair ölkələrdən olan artistlər çıxış edəcəklər. Biletlərin qiymətinə gəlincə, o, 6-8 manat arasındadır. 3 yaşadək uşaqlar sirkə pulsuz buraxılacaqlar.
Sirk-şapito metronun "Gənclik" stansiyası yaxınlığında qurulub. Bilet satışı da orada həyata keçirilir.
Uşaqlar bizim gələcəyimizdir. Onları sevindirməksə bizim borcumuzdur.
Günel Həbib
O.M.