Tovuzda bədbəxt hadisə

Tovuzda bədbəxt hadisə

20 İyul 2017 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib.

Məlumata görə, hadisə Qovlar şəhərində qeydə alınıb.
Rayonun Alakol kənd sakini, 1988-ci il təvəllüdlü İsayev Elçin Qurban oğlu hərəkətdə olan traktora qoşulan ot ilə yüklənmiş qoşqunun üstündə gedən zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Ağır dərəcəli kələ-beyin travması alan E. İsayev hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mediainfo.az