
Yay qayıdır!
Sabah Azərbaycan ərazisində temperatur 30 dərəcəyə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 24-29 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək, bəzi dağlıq və dağətəyi rayonlarda güclü olacaq. Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə təşkil edəcək.
Sizə aydın səma arzu edirik.
Günel Həbib
O.M.