Azərbaycan prezidenti jurnalistlər üçün üçüncü binanın təməlini qoyub

Azərbaycan prezidenti jurnalistlər üçün üçüncü binanın təməlini qoyub

20 İyul 2017 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub.

Azərbaycan prezidenti İlham Əliyev binanın təməlqoyma mərasimində iştirak edib.

Qeyd edək ki, iyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.

Mediainfo.az