
"Big Ben" əyilir!
İngiltərənin paytaxtı Londonun tarixi simvollarından sayılan, parlamentin saat qülləsi "Big Ben" əyilir. İngilis mediasında yer alan və mütəxəssislərin hazırladığı 2009-cu il hesabatında saat qülləsi 0.26 dərəcə şimal-şərqə tərəf əyilib. Qüllənin yeraltındakı metro və avtomobil parkı kimi işləmlərin həyata keçirilməsi göydələnin sürüşməsinə səbəb olub. 96 metr uzunluqdakı "Big Ben"nin 2009-cu ildə 150 yaşı tamam olmuşdu.
Media qüllənin sürüşməsini İtaliyadakı Pizza qülləsinə bənzədir. Belə ki, sonuncu 4 min ildə sadəcə 4 dərəcə əyilib.
Günel Həbib
O.M.
Digər xəbərlər