Bakı metrosunda cırıq şalvar geyinən qızı təpiklədilər – FOTO
Bakı metrosunda xoşagəlməz hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Vəfa Əli Zeynal adlı şəxs, cırıq şalvar geyinən qızın bir nəfər tərəfindən döyüldüyünü yazıb.
"Sahil metrosunda bir qız dəbdə olan cırıq şalvar, üzərindən isə göbəyi açıq köynək geyinib. Bir başdan xarab da götürüb qıza itin sözünü deyib, hamının yanında təpiklədi. Axmaq insan, sən camaatın əxlaqına sahib çıxmaqdansa, get özünü müalicə elətdir. Bu nə zorakılıqdır qadına qarşı?! Belə kişisən, qız polis adını çəkən kimi niyə qaçdın, ay binamus!!! Bütün qeyrət keşikçilərinə aiddir status. Abırınızı başqasının geyimində axtarmayın!!!
Sahil metrosundan o görüntülər göstərilsin və polis həmin adamı tapsın cəzalandırsın. Biganə qalmayaq!!! Mən şəxsən gözümün şahidiyəm. Kaş ki, çəkərdim o binamusun üzünü".
Mediainfo.az