Kolumbiyada 7 hərbçi öldürülüb

Kolumbiyada 7 hərbçi öldürülüb

11 Oktyabr 2011 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Kolumbiyanın cənub-qərbində hərbi patrulun pusquya düşməsi nəticəsində 5 əsgər və 2 hərbçi həlak olub. Bu barədə ölkənin müdafiə naziri Xuan Karlos Pinson məlumat verib. Qiyamçı "Kolumbiya inqilabi silahlı qüvvələri"nin yaraqlıları paytaxt Boqotadan 300 km məsafədəki Kaloto yaşayış məntəqəsinin yaxınlığında hərbçilərə hücum ediblər. Yerli Kommunist partiyasının qanadı olan "Kolumbiya inqilabi silahlı qüvvələri" "sosial ədalət və bərabərlik cəmiyyəti qurmaq" uğrunda mübarizə aparır.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü.

Tofiq Əliyev

O.M.