Salyanda intihar edən şəxsin kimliyi müəyyən olundu

Salyanda intihar edən şəxsin kimliyi müəyyən olundu

13 İyul 2017 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 7-də sirkə turşusu içərək Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən və 2 gün sonra dünyasını dəyişən kişinin şəxsiyyəti müəyyən olunub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, bu, 1958-ci ildə anadan olmuş Saydakov Vitislav Urufoviç imiş. O, bir müddət əvvəl Rusiyadan deportasiya edilibmiş və sərgərdan həyat tərzi sürürmüş.

Xatırladaq ki, 6 gün əvvəl axşam saatlarında Salyan şəhərinin Qüdrət Səmədov küçəsində sirkə turşusu içərək intihara cəh etmiş kişi təcili yardım maşını ilə Mərkəzi Rayon Xəstəxanasına gətirilmişdi.

O, xəstəxanada özünü 1957-ci ildə anadan olmuş Rasim Axundov kimi təqdim etsə də, belə bir şəxsin nə yaşadığı yeri, nə də qohumlarını müəyyən etmək mümkün olmamışdı. İyulun 9-də isə həmin şəxs müalicə olunduğu xəstəxanada dünyasını dəyişmişdi. Və elə o vaxtdan da şəxsiyyəti müəyyən olunmaq üçün cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayonlararası şöbəsində saxlanılırdı.

Faktla bağlı araşdırmalar aparılır.

Mediainfo.az