
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb
2011-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb. Mükafata iki amerikalı alim - Tomas Sarcent və Kristofer Simz layiq görülüb. Buna səbəb onların makroiqtisadiyyatda səbəb-nəticə əlaqələrinin nəzəri tədqiqatlarıdır. Mükafatın məbləği 10 mln. İsveç kronu (1,48 mln. dollar) təşkil edir.
Qeyd edək ki, 68 yaşlı T.Sarcent Nyu-York Universitetində, onun həmyaşıdı K.Simz isə Priston Universitetində çalışır. Onlar ayrı-ayrılıqda tədqiqat aparıblar. Maraqlıdır ki, alimlərin mükafata layiq görülən məqalələri ötən əsrin 70-80-ci illərində dərc olunub.
Heç bir əziyyət yerdə qalmır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər