Prezidentdən məmurlara sərt xəbərdarlıq

Prezidentdən məmurlara sərt xəbərdarlıq

12 İyul 2017 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının davranış qaydalarına əməl etməsi məsələsinə də toxunub.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev deyib ki, dövlət məmurları və onların ailə üzvlərinin davranış normalarına ciddi əməl etməlidirlər.

Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.

Mediainfo.az