İranlı aktrisaya 90 şallaq vurulacaq

İranlı aktrisaya 90 şallaq vurulacaq

10 Oktyabr 2011 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

İran mətbuatının yaydığı xəbərə görə, iranlı aktrisa Marziye Vəfamehrə ölkəsində cəzaya məhkum edilib. Aktrisa ölkəsində sənət adamlarına qoyulan qadağaları tənqid edən filmdə rol aldığı üçün bir il həbs və 90 şallaq cəzası alıb. M. Vəfamehrin cəzası ötən gün yerli mətbuata açıqlanıb, ancaq geniş məlumat verilməyib. Aktrisa mühafizəkar rejim tərəfindən sərt şəkildə tənqid edilən "Mənim satılmış Tehranım" filmində rol aldığına görə, iyul ayında bir il müddətinə həbs edilib, daha sonra pul girovu müqabilində azadlığa buraxılıb. Avstraliya və İranın birgə istehsalı olan filmdə gənc bir qızın başına gələn hadisələrdən bəhs edilir.

İncəsənət qurban tələb edir, deyirlər.

Fərid Qurbanov

O.M.