
İlham Əliyev Süleyman Dəmirəli qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyəni IX prezidenti Süleyman Dəmirəli qəbul edib. Görüşdə Heydər Əliyevlə Süleyman Dəmirəlin keçirdiyi görüşlər, onların arasında olan dostluq münasibətləri məmnunluqla xatırlanıb, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də daim möhkəmlənəcəyinə əminlik ifadə olunub. Dövlət başçısı dəvəti qəbul edib Beynəlxalq Humanitar Forumda iştirak etdiyinə görə Türkiyənin IX prezidentinə minnətdarlığını bildirib. Sonra Azərbaycan prezidenti İlham Əliyevin adından Süleyman Dəmirəlin şərəfinə nahar verilib.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər