9 yaşlı uşağı maşın vurub

9 yaşlı uşağı maşın vurub

10 Oktyabr 2011 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 12.30 radələrində Lənkəran şəhərinin Nəsimi küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerdə piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. Astara rayonunun Kijəbə qəsəbə inzibati dairəsinin Ovala kənd sakini, 2002-ci il təvəllüdlü Aqil Xəqani oğlu Allahverdiyev şose yoluna çıxan zaman qarşıdan gələn "VAZ-21015" markalı avtomobil uşağı vuraraq, bir neçə metr uzağa-yolun qarşı tərəfinə atıb. Maşının sürücüsü, 1990-cı il təvəllüdlü Lənkəran rayon sakini Ruhid Ağasadıq oğlu Ağayev dərhal zərərçəkmişi Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirib. Həkimlərin səylərinə baxmayaraq ağır vəziyyətdə MRX-na daxil olmuş 9 yaşlı uşağı xilas etmək mümkün olmayıb. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi aşılıb, araşdırma aparılır.

Uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyi qorumaq isə bizim borcumuzdur.

Fərid Qurbanov

O.M.