Şiddətli yağış Antalyada həyatı iflic edib

Şiddətli yağış Antalyada həyatı iflic edib

10 Oktyabr 2011 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saatlarından yağan yağış və əsən şiddətli külək Türkiyənin Antalya şəhərində həyatı iflic edib. Antalyanın Serik rayonuna bağlı Gebiz Bələdiyəsinin Haskızılören kəndinə gələn sel nəticəsində 6 nəfər itkin düşüb. 3 körpü dağılıb, bəzi kəndlərdə isə hətta telefon əlaqəsi kəsilib. Artıq itkin düşən insanların axtarış işlərinə start verilib. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, həmin bölgədən 25 nəfər kənarlaşdırılıb. Hadisənin fəsadlarını aradan qaldırmaq üçün havadan helikopterlə də yardım göstərilir.

Təbii fəlakətlərin fəsadlarını təbii də qəbul etmək lazımdır.

Fərid Qurbanov

O.M.