DYPX-nin təqib etdiyi sürücü maşını kanala aşırdı
Ağdaş rayonunda Dövlət Yol Polis (DYP) əməkdaşlarının təqibindən qaçmağa çalışan sürücü avtomobilini kanala aşırıb.
Report xəbər verir ki, hadisə rayonun Cücüklü kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Elməddin Məmməd oğlu Məmmədov "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının "saxla!" əmrinə tabe olmayıb. YPX əməkdaşları onu təqib etməyə başlayıblar. Yüksək sürətlə hərəkətdə olan sürücü idarəetməni itirib və avtomobili yolun kənarılndakı kanala aşırıb.
Nəticədə sürücü E.Məmmədov ağır bədən xəsarətləri alıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, E.Məmmədovun müalicə və müayinəsi davam edir, vəziyyəti ağırdır.
Mediainfo.az
Digər xəbərlər