Misirdə nümayiş zamanı 23 nəfər öldü

Misirdə nümayiş zamanı 23 nəfər öldü

10 Oktyabr 2011 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Misirdə xristian fəallardan ibarət nümayişçilərlə Misir hərbçiləri arasında güclü qanlı toqquşmalar baş verib. Nümayişçilər kilsəyə edilmiş son hücuma qarşı dinc oturaq aksiya keçirsələr də, sonradan hərbi geyimli bir neçə şəxsin onları daş atəşinə tutması tərəflər arasında böyük qarşıdurmaya səbəb olub. Etirazçılar da cavab olaraq daşlardan və şüşə qablardan atəş açıblar.

Polis toqquşmalara son qoymaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. Küçələrə səpələnmiş etirazçılar daha da azğınlaşaraq, ətrafdakı maşınların şüşələrini qırıb. Bundan başqa gənclərin bir neçə maşını yandırdığı da deyilir. Nəticədə şəhərin əsas yerlərindən olan Təhrir meydanı kütləvi iğtişaşların mərkəzinə çevrilib. Əl -Cəzirə kanalının verdiyi məlumata əsasən toqquşmalar nəticəsində ən azı 23 nəfər ölüb, 183 nəfər orta və ağır tipli xəsarət alıb. Hökumət ölkənin müxtəlif yerlərində səhər saat 7 kimi komendant saatı elan edib.

Qeyd edək ki, etiraz aksiyasını təşkil etmiş xristianlar ölkə əhalisinin 10 faizini təşkil edir və onların sayının 80 milyon olduğu təxmin edilir.

Kəssə hər kim tökülən qan izini...

Fərid Qurbanov

O.M.