Ağdamda 6 ailə üzvü tortdan zəhərləndi

Ağdamda 6 ailə üzvü tortdan zəhərləndi

7 İyul 2017 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdamda altı nəfər tortdan zəhərlənib.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, rayonun Xındırıstan kəndində tort yedikdən sonra halı pisləşən Babayevlər ailəsi üzvləri Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onlar 1949-cu il təvəllüdlü Nazim Babayev, 1953-cü təvəllüdlü Nailə Babayeva, onların oğlu Babayev Ramil Nazim oğlu, R. Babayevin uşaqları - 13 yaşlı Nəzrin, 11 yaşlı Nailə və 7 yaşlı Orxandır. Həmin şəxslərin vəziyyəti ağırdır.

Mediainfo.az