Hava proqnozu

Hava proqnozu

10 Oktyabr 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Oktyabrın 12-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 11-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 12-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyi əsəcək və bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, ayın 12-13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Kaş hər zaman sizlərə gözəl havadan xəbər verək...

Günel Həbib

O.M.