
Yanacaqdoldurma anbarında yanğın olub
Bakı şəhəri, Nizami rayonunda yanacaq anbarında həcmi 30 ton olan "Mercedes" markalı yanacaq daşıyan avtomobilə yanacaq doldurulan zaman alışma baş verib. Nəticədə, yanacaq çəninin üzərinə dağılan benzin və yaxınlıqda olan operator köşkünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən yanacaqla dolu avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, yanğına yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub.
Od olan yerdən tüstü çıxdı.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər