"Xocalı Soyqırımını Tanıtma" "N" hərbi hissəsində Azərbaycan Polisinin peşə bayramına həsr edilən tədbir keçirdi - FOTO

"Xocalı Soyqırımını Tanıtma" "N" hərbi hissəsində Azərbaycan Polisinin peşə bayramına həsr edilən tədbir keçirdi - FOTO

4 İyul 2017 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin nəzdində "Azad Qarabağ Uğrunda" Könüllülər Hərəkatı (sədr Azərbaycan Texniki Universitetinin məzunu Əjdər Hümbətovdur) və "Azərbaycanın Fəal Gəncləri" Qrupu yaradılıb. Onların böyük əksəriyyəti gənclərdir. İyulun 3-də "Azərbaycanın Fəal Gəncləri" Qrupunun təşkilatçılığı ilə Daxili Qoşunların "N" hərbi hissəsində Azərbaycan Polisinin peşə bayramına həsr edilən tədbir keçirildi.Tədbirdə Birliyin fəalları ilə yanaşı, tanınmış ziyalılar,habelə,Xocalı sakinləri də iştirak edirdi.
Mən,böyük məmnunluqla tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Daxili İşlər Naziri,General-polkovnik Cənab Ramil Usubova və "N" saylı hərbi hissənin rəhbərliyinə təşəkkür edirəm.
Bu tədbirin əksər ağırlığını öz üzərinə götürmüş Birlik sədrinin köməkçisi, Bakı Slavyan Universitetinin tələbəsi Aygün Əlizadəyə,"Azərbaycanın Fəal Gəncləri" Qrupunun rəhbəri Mədinə Əliyevaya,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri-Şamilə Şamilqızına, Fəxriyyə Cəfərovaya və Sayad Hüseynovaya, "Balu" Uşaq Əyləncə Mərkəzinin aktyoru Azər Qəhrəmanova, Cahangir Rəsulova, Bakı Dövlət Universitetinin tələbəsi, müğənni Rəqsanə Əsədə, Azərbaycan Dillər Universitetinin tələbəsi Şəbnəm Bayramlıya, İlkin Nəzərova, Elnur Qəniyevə, Günay Mustafayevaya, Mədinə xanımın azyaşlı qardaşı, idmanın kik-boksinq növü ilə məşğul olan Nurdərya Əliyevə, məktəbli Rəvan Əlimədətliyə təşəkkür edirəm.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin tərkibində yeni, çevik bir komanda formalaşır.Əminəm ki, biz, bundan sonra Azərbaycan həqiqətlərinin tanınması üçün daha peşəkar şəkildə çalışacağıq.
Qarabağı, Xocalını tanıtmaq istəyən uşaq, yeniyetmə və gənclərimiz var olsun.Amin.

Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri.
Bakı, 04.07.2017

Mediainfo.az