İlahiyyatçı Sərdar Babayevə hökm oxundu

İlahiyyatçı Sərdar Babayevə hökm oxundu

3 İyul 2017 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayon Məhkəməsində həbsdə olan "maide.az" saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayevin cinayət işi üzrə proses başa çatıb.

Bu barədə vəkil Cavad Cavadlı məlumat yayıb. S. Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sərdar Babayev barəsində əvvəlcə 37 gün həbs qətimkan tədbiri seçilib. Sonra onun barəsində Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) cinayət işi başlanıb və o, həbs edilib.

Mediainfo.az