
Stiv Cob gizlicə basdırıldı
Dəfn mərasimində kimlər var idi?
"Apple"nin qurucusu Stiv Cobun ötən cümə günü gizlicə dəfn edildiyi xəbərləri yayılıb. Mərasimi təşkil edən bir əməkdaşın sözlərinə görə, dəfnə onun ailəsi və yaxın çevrəsi təşrif buyurmuşdu. Bilinməyən səbəblərdən meyit ölümdən iki sonra torpağa verilib.
Onu da xatırladaq ki, Stiv xərçəng xəstəliyinin caynağına keçmişdi. Ona qaraciyər nəqli əməliyyatı keçirilsə də, görünür, yazılanı pozmaq üçün milyardlar kifayət etmir. "Apple"dən verilən xəbərdə isə deyilir ki, eks prezident üçün yüksək səviyyədə anma mərasimi keçiriləcək.
Allah rəhmət eləsin.
Günel Həbib
O.M.
Digər xəbərlər