Abşeronda “Mercedes” aşdı

Abşeronda “Mercedes” aşdı

10 Oktyabr 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Şamaxı yolunun 20-ci kilometrliyində, Abşeron rayonu ərazisində yüksək sürətlə idarə edilən 90 DH 217 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan 1983-cü il təvəllüdlü Rüstəmov Çingiz Səyyad oğlu hadisə yeridə dünyasını dəyişib, Mirzəbəyov Fuad Faiq oğlu və 1984-cü il təvəllüdlü Mustafayev Samir Məhəmməd oğlu ağır yaralanıb.

Avtomobili onlardan hansının idarə etdiyi hələlik məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Sürət məsafəni deyil, ömrü qısaldır.

Tofiq Əliyev

O.M.