Fransada naməlum silahlılar məscid qarşısında atəş açaraq 8 nəfəri yaralayıblar

Fransada naməlum silahlılar məscid qarşısında atəş açaraq 8 nəfəri yaralayıblar

3 İyul 2017 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.


Bu barədə "La Provence" qəzeti yazıb. Məlumata əsasən, iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. Hadisənin mübahisə zəminində baş verdiyi, terrorla əlaqəli olmadığı bildirilir. (apa)

Mediainfo.az