
Gənc oğlanı elektrik cərəyanı vurdu
Biləsuvarda bədbəxt hadisə baş verib. Hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb. Kənd sakini, 17 yaşlı Qədir Əmənov kəndin yaxınlığından keçən su kanalında elektrikdən istifadə edərək balıq tutarkən onu cərəyan vurub. Nəticədə Q. Əmənov yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Ehtiyat hər zaman igidin yaraşığıdır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər