İlham Əliyev Türkiyə baş nazirinə başsağlığı verib

İlham Əliyev Türkiyə baş nazirinə başsağlığı verib

7 Oktyabr 2011 17:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığında deyilir: "Ananız Tənzilə Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, Ərdoğanın anası Tənzilə Ərdoğan oktyabrın 7-də 83 yaşında vəfat edib.

Allah rəhmət eləsin.

Tofiq Əliyev

O.M.